Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycana fəda edilmiş şərəfli ömür

8/4

  •        Bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi tamam olur-Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Ulu öndərin şanlı və keşməkeşli həyatının bütün səhifələrini vərəqləyə bilməyəcəyimizdən, istərdim, mən də onun haqqqında xüsusi olaraq vurğulamaq istədiyim məqamları sizlərlə bölüşüm. Heydər Əliyev 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi.           Ulu Öndər bu məşhur fikri ilə özünü çox gözəl xarakterizə etmişdir- “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu ifadə Ulu Öndərimizin Vətənini necə sevməsindən xəbər verməklə yanaşı həm də gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün bir stimuldur. Bu gün biz bu ifadəni müxtəlif yerlərdə tez-tez eşidirik. Bu bizim üçün bir nömrəli aforizmidir.            
     Ulu Öndərin mətbutda və nəşrlərdə birdəfəlik olaraq latın qrafikalı əlifbaya keçilməsi ilə bağlı əmri xatırladım. Bu cəsarətli və qəti addım idi elə deyilmi? Mətbuatda ikili yazılara bununlada son qoyuldu. Hər şeyin bir ilk çətinliyi olur. Qəti addımı vaxtında atmaq lazımdır.               Yəqin ki, çoxlarımız xatırlayırıq parlamentdə dilimizin necə adlandırılması ilə bağlı müzakirə aparılırdı. 3 təklif mövcud idi. “Azərbaycan dili”, “Azərbaycan türkcəsi”, “Türk dili”. Son sözü yenə də Heydər Əliyev dedi: Dilimiz ümumilikdə türk dil qrupuna daxildir və azərbaycan türkcəsidir. Ancaq dilimiz Azərbaycan dilidir. Bu yerdə məşhur fransız yazıçısı, səyyah Aleksandr Dümanın məhur məlumatı yada düşür: “Fransız dili Avropada hansı rolu oynayırsa, Azərbaycan dilidə şərqdə həmin rolu oynayır”.         
    Fikirlərimdə ola bilər ki, bir mövzunu yarımçıq qoyub digərinə keçirəm ancaq nə etmək olar, Ulu Öndərin diqqətəlayiq, dövlətçiliyimizin fundamentini təşkil edən o qədər fəaliyyətləri olmuşdur ki... Belə oğulları zaman az-az yetirir. Yaşadığımız bu şanlı günlərdə Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımız üzərində suverenliyimizin tam bərpa edildiyi günlərdə necə də möhtəşəm və yerində görünür Heydər Əliyevin 1993-cü ildə Ölkəmizə rəhbərliyi əla almağa dəvət edilməsi. Götrünür Ulu Öndərin hakimiyyətə dəvət edilməsi fikrinə gələnlər də müdrikcəsinə qərar vermişlər. Əks halda İranın “Talış-Muğanının”, Rusiyanın “Sadvalının” və üstəgəl də Qarabağ hadisələrinin bizi hara aparacağını düşünmək belə... 2020-ci ilədək 1994-cü ildə atəşkəsin əldə edilməsini bəlkə də yenidən torpaqlıarımızın azad edilməsi müharibəsinə başlaya bilməməyimiz fonunda düz addım deyildi deyə düşünənlərimiz var idi. Ancaq strateji düşüncə 10, 20 illərə hesablanır. “Azərbaycan” adlı Heydər Əliyev “gəmisi”nin sükanı özündən sonra da əmin əllərdə oldu, elə əmin əllər ki, o nəinki qeyri-mümkün görünən müharibəni başlamaq qüdrəti görsətdi, eyni zamanda qalib gəlmək şərəfinə bizi yetirdi, addım-addım, məqamında qərar verərək prosesləri düzgün idarə edərək. Vaxt var idi 1 metr işğal aştında qalan torpağımızın azadlığına gözümüz yol çəkmişkən bu gün düşməndə 1 qarış torpağımız belə qalmamışdır, sərhəddlərimizin hər bir qarışı öz əlimizdə, öz nəzarətimizdədir. 44 günlük möhtəşəm müharibəmizdən sonra, 1 günlük antiterror əməliyyatı nəticəsində bu gün biz Xankəndindəyik. Allahımız bizə bu günləri də göstərərmiş. 5 ilə itirdiklərimizi 45 günə geri aldıq “nəyi, nə zaman edəcəyini” yaxşı bilən Ali Baç Komandanımızın iradəsi sayəsində. Göydə Uca Allahımız, Yerdə Ali Baş Komandanımız kimi nemətimiz var. Mən Xankəndi sakini kimi demək istəyirəm, necə ki, bir vaxtlar Xankəndimizdə Ulu Öndərimizin qarşılanmasına çıxırdıq, indi də Cənab Prezidentimizi Xankəndimizdə qarşılayacağıq.                
    Allah şəhidlərimizə rəhmət, ordumuza can sağlığı versin. Allah Ali Baş Komandanımızı qorusun. Allah Ulu Öndərə rəhmət etsin.   
    Hörmətli Prezidentimizin rəhbərliyində ölkəmiz hələ çox uğurlar qazanacaq!
    Sevda Mirzəyeva,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib37 dəfə
    azərbaycana fəda edilmiş şərəfli ömür

    Maraqlı gələ bilər
    36
    36
    29
    102
    32